PolitRUS
9.61K subscribers
1.7K photos
917 videos
5 files
4.58K links
Download Telegram
✔️ Rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranıb. Lakin Vaşinqtonun son hücumları bardağı daşıran son damla oldu. #Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra #Azərbaycan sərt cavab verə bilər.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq Vitali ARKOV deyib:

«Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqaza basqısını, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. #Fransa Ermənistana hərbi texnika verir. İlin əvvəlində AB «monitorinq» adlı mülki missiyasını burada yerləşdirdi, Moskva və Bakı birbaşa bildirdilər ki, bu missiya məlumat toplama prosesini gizlədir. Yəni regionda sülhün bərqərar olması deyil, qonşuları bir-birinə qarşı qaldırmaq, sabitliyi pozmaq cəhdləri var».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 Noyabrın 30-da #Azərbaycan#Ermənistan delimitasiya komissiyalarının nümayəndələri iki ölkə arasındakı şərti sərhəddə görüş keçirəcəklər. Düzdür, bu, Azərbaycanın israr etdiyi, Ermənistanın isə imtina etdiyi sülh müqaviləsinin imzalanması prosesinin tezliklə başa çatması üçün ikitərəfli əsasda olan həmin o format deyil.

Niyə birbaşa ikitərəfli danışıqların, məsələn, Tbilisidə və ya başqa yerlərdə təşkil olunması fikrini Ermənistan qəbul etmir? #PolitRUS informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali ARKOV Oxu.Az-a vəziyyəti belə şərh edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇷🇺🇦🇿🇦🇲 «#Azərbaycan#Ermənistan arasında ikitərəfli təmaslar sülhün və mehriban qonşuluğun bərpasına töhfə verdiyi üçün diqqətəlayiqdir. Bu, #Rusiyada müsbət qarşılanır, çünki ölkəmiz Cənubi Qafqazda sülhün bərpasında, qardaş Azərbaycan və erməni xalqlarımızın qarşıdurmadan əməkdaşlığa və dostluğa keçməsində həqiqətən maraqlıdır».

Bu fikirləri Bizim.Media-ya açıqlamasında #PolitRUS informasiya-analitik portalının rəhbəri, politoloq Vitali ARKOV deyib. Normallaşma prosesinə Rusiyanın açıq dəstək verdiyinə diqqət çəkən politoloq, Moskvanın digər oyunçulardan fərqli olaraq, sülhdə maraqlı olduğunu deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycanla bağlı “sadəcə nefti olan kiçik bir ölkə” ifadəsi tarixə qovuşdu. Bu gün #Azərbaycan hamının hesablaşmalı olduğu dövlətdir. Müasir tarixdə görünməmiş haldır ki, bir dövlət müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycanın nail olduqları unikal vəziyyətdir və İlham ƏLIYEVIN xidmətləri sayəsində əldə edilib.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 Azərbaycan #NATO ilə uzun müddətdir və səmərəli əməkdaşlıq edir. Çünki #Türkiyə alyansda ikinci ən böyük ordudur, #Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında sıx əməkdaşlıq mövcuddur.

Avrasiya.net xəbər verir ki, bu sözləri müsahibəsində rusiyalı politoloq Vitali ARKOV deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 Məsələ ilə bağlı fikirlərini bölüşən ru¬siyalı politoloq, #PolitRUS ekspert-ana¬litik şəbəkəsinin yaradıcısı Vitali ARKOV hesab edir ki, bu gün Qarabağda qalan ermə¬ni millətindən olan sakinlərin təhlükəsiz ya¬şaması rəsmi Bakının insanlara milliyyətinə görə ayrı-seçkilik nümayiş etdirməməsinin bariz sübutudur.

Onun sözlərinə görə, Qara¬bağın erməni əhalisinin Ermənistana və digər ölkələrə kütləvi köçü Azərbaycanın öz suve¬ren ərazisi üzərində tam nəzarəti bərpa et¬məsinin nəticələri ilə bağlı tamamilə əsassız qorxulardan irəli gəlirdi:

«Qarabağdakı dinc ermənilər üçün heç bir təhlükə yox idi. Ək¬sinə, #Azərbaycan hakimiyyətinin yaxın gələ¬cəkdə #Qarabağ bölgəsinin kommunal, yol və sosial infrastrukturunun bərpası istiqamətin¬də həyata keçəcəyi genişmiqyaslı işlər nəti¬cəsində onların həyat keyfiyyəti nəzərəçarpa¬caq dərəcədə yaxşılaşacaqdı. Onların həyatı #Ermənistanın əksər ərazilərindəki şəraitdən daha komfortlu olacaqdı».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 #Azərbaycan rəhbərliyi və şəxsən İlham ƏLIYEV qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib.

«Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, #Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Nikol PAŞINYAN
#COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək.

PAŞINYAN uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da
Azərbaycan diplomatlarını qəbul edərdi».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 #Azərbaycan rəhbərliyi və şəxsən İlham ƏLIYEV qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Avrasiya.net xəbər verir ki, açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, #Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Nikol PAŞINYAN
#COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək.

PAŞINYAN uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da
Azərbaycan diplomatlarını qəbul edərd».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM