PolitRUS
9.6K subscribers
1.7K photos
917 videos
5 files
4.58K links
Download Telegram
🌐 #Qarabağ separatçıları öz utopik siyasi məqsədlərinə çatmaq üçün dinc ermənilərin həyatını qurban verməyə hazırdırlar.

Bu sözləri Axar.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️ Rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranıb. Lakin Vaşinqtonun son hücumları bardağı daşıran son damla oldu. #Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra #Azərbaycan sərt cavab verə bilər.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq Vitali ARKOV deyib:

«Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqaza basqısını, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. #Fransa Ermənistana hərbi texnika verir. İlin əvvəlində AB «monitorinq» adlı mülki missiyasını burada yerləşdirdi, Moskva və Bakı birbaşa bildirdilər ki, bu missiya məlumat toplama prosesini gizlədir. Yəni regionda sülhün bərqərar olması deyil, qonşuları bir-birinə qarşı qaldırmaq, sabitliyi pozmaq cəhdləri var».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci #Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və ƏLIYEVIN öz taktikası ilə ötən ilin sentyabrında #Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, qondarma separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək.

Nikol PAŞINYAN sözünün sahibi deyil. Amma ƏLIYEVIN məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma İlham ƏLIYEV müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq mümkün deyil, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 Məsələ ilə bağlı fikirlərini bölüşən ru¬siyalı politoloq, #PolitRUS ekspert-ana¬litik şəbəkəsinin yaradıcısı Vitali ARKOV hesab edir ki, bu gün Qarabağda qalan ermə¬ni millətindən olan sakinlərin təhlükəsiz ya¬şaması rəsmi Bakının insanlara milliyyətinə görə ayrı-seçkilik nümayiş etdirməməsinin bariz sübutudur.

Onun sözlərinə görə, Qara¬bağın erməni əhalisinin Ermənistana və digər ölkələrə kütləvi köçü Azərbaycanın öz suve¬ren ərazisi üzərində tam nəzarəti bərpa et¬məsinin nəticələri ilə bağlı tamamilə əsassız qorxulardan irəli gəlirdi:

«Qarabağdakı dinc ermənilər üçün heç bir təhlükə yox idi. Ək¬sinə, #Azərbaycan hakimiyyətinin yaxın gələ¬cəkdə #Qarabağ bölgəsinin kommunal, yol və sosial infrastrukturunun bərpası istiqamətin¬də həyata keçəcəyi genişmiqyaslı işlər nəti¬cəsində onların həyat keyfiyyəti nəzərəçarpa¬caq dərəcədə yaxşılaşacaqdı. Onların həyatı #Ermənistanın əksər ərazilərindəki şəraitdən daha komfortlu olacaqdı».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni «dostlara» arxalanır. #Ermənistan hakimiyyətinin planlarına görə, bu «dostlar» İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana #Qarabağ üzərində ən az faktiki nəzarəti «qaytarmağa» məcbur etməlidirlər.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə, Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanarının əməkdarşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM