PolitRUS
9.63K subscribers
1.7K photos
917 videos
5 files
4.59K links
Download Telegram
🇦🇿🇦🇲 Noyabrın 30-da #Azərbaycan#Ermənistan delimitasiya komissiyalarının nümayəndələri iki ölkə arasındakı şərti sərhəddə görüş keçirəcəklər. Düzdür, bu, Azərbaycanın israr etdiyi, Ermənistanın isə imtina etdiyi sülh müqaviləsinin imzalanması prosesinin tezliklə başa çatması üçün ikitərəfli əsasda olan həmin o format deyil.

Niyə birbaşa ikitərəfli danışıqların, məsələn, Tbilisidə və ya başqa yerlərdə təşkil olunması fikrini Ermənistan qəbul etmir? #PolitRUS informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali ARKOV Oxu.Az-a vəziyyəti belə şərh edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇷🇺🇦🇿🇦🇲 «#Azərbaycan#Ermənistan arasında ikitərəfli təmaslar sülhün və mehriban qonşuluğun bərpasına töhfə verdiyi üçün diqqətəlayiqdir. Bu, #Rusiyada müsbət qarşılanır, çünki ölkəmiz Cənubi Qafqazda sülhün bərpasında, qardaş Azərbaycan və erməni xalqlarımızın qarşıdurmadan əməkdaşlığa və dostluğa keçməsində həqiqətən maraqlıdır».

Bu fikirləri Bizim.Media-ya açıqlamasında #PolitRUS informasiya-analitik portalının rəhbəri, politoloq Vitali ARKOV deyib. Normallaşma prosesinə Rusiyanın açıq dəstək verdiyinə diqqət çəkən politoloq, Moskvanın digər oyunçulardan fərqli olaraq, sülhdə maraqlı olduğunu deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci #Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və ƏLIYEVIN öz taktikası ilə ötən ilin sentyabrında #Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, qondarma separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək.

Nikol PAŞINYAN sözünün sahibi deyil. Amma ƏLIYEVIN məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma İlham ƏLIYEV müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq mümkün deyil, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 #Azərbaycan rəhbərliyi və şəxsən İlham ƏLIYEV qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib.

«Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, #Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Nikol PAŞINYAN
#COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək.

PAŞINYAN uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da Azərbaycan diplomatlarını qəbul edərdi»
.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 #PolitRUS informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali ARKOV isə Oxu.Az-a müsahibəsində bildirib ki, Ermənistana ayrılan 10 milyon avro böyük məbləğ deyil:

«Bu pullar hesabına #Ermənistan ordusunda nələrin modernləşdiriləcəyini təsəvvür etmək çox çətindir. Üstəlik, sinizm də diqqətdən kənarda qalmır, çünki vəsait Avropa Sülh Fondundan ayrılır. Ermənistan Müdafiə Nazirliyindəki total korrupsiyanı nəzərə alsaq, real «alıcı»ya ən yaxşı halda 1 – 2 milyon avro çatacaq, hansı ki, mən hətta buna da şübhə edirəm. Ona görə də bu məbləğ Ermənistan rəhbərliyinə növbəti üstüörtülü rüşvət və ya onların Rusiyadan üz döndərmələri səbəbindən itkilərin kompensasiyası kimi qəbul edilə bilər.

Aİ ilə vizasız rejimin liberallaşdırılmasına gəlincə, bunu bir növ uşaq başı aldatmaq kimi qəbul etmək olar. Mən nə vaxtsa
Ermənistan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə, xüsusən, Fransaya yollanmaq üçün hansısa viza problemləri ilə üzləşdiklərinə şübhə edirəm. Avropa ölkələrinə səyahət edə bilən hər kəsin çoxdan multivizası var. Avropa İttifaqına vizasız gediş-gəliş ancaq Avropaya çörəkpulu dalınca getmək istəyən, yaxud imtiyaz qazanıb ancaq onun hesabına dolanan, ya da oradakı qeyri-qanuni mühacirlər sırasına qoşulan erməniləri cəlb edə bilər.

Ermənistan ordusunda amerikalının peyda olması məqamına gəlincə, bunu Moskvaya bir növ ismarış kimi də qəbul etmək olar. Amma bu, nə İrəvan-Moskva, nə də Vaşinqton-İrəvan münasibətlərində heç nəyi dəyişmir. Biz hamımız çox yaxşı başa düşürük ki, Ermənistan və ABŞ silahlı qüvvələri arasında qarşılıqlı əlaqə çoxdan qurulub və Ermənistan Müdafiə Nazirliyində amerikalı müşavirlər var. Sadəcə olaraq, indi vəziyyət rəsmiləşdirilir. Lakin bu, Ermənistan qoşunlarının müdafiə qabiliyyətinin yaxşılaşmasına təsir etməyəcək».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬 Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni «dostlara» arxalanır. #Ermənistan hakimiyyətinin planlarına görə, bu «dostlar» İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana #Qarabağ üzərində ən az faktiki nəzarəti «qaytarmağa» məcbur etməlidirlər.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə, Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanarının əməkdarşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 #Azərbaycan rəhbərliyi və şəxsən İlham ƏLIYEV qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Avrasiya.net xəbər verir ki, açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib:

«Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, #Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Nikol PAŞINYAN
#COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək.

PAŞINYAN uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da Azərbaycan diplomatlarını qəbul edərd
».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM