💬 Rusiya sülhməramlı kontingentinin Qarabağdakı mandatı faktiki olaraq 2025-ci ilin sonuna qədər qüvvədədir. Lakin 2023-cü ilin sentyabrında baş verən məlum hadisədən (antiterror tədbirləri – red.) sonra regionda vəziyyət dəyişib.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında #PolitRUS informasiya-analitik portalının rəhbəri, politoloq Vitali ARKOV deyib.

Rus sülhməramlılarının 10 noyabr bəyanatında nəzərdə tutulduğundan daha tez zamanda ərazini tərk etməsini şərh edən Arkov, hazırda sülhməramlıların ərazidəki fəaliyyətinə ehtiyacın qalmadığını qeyd edib:

«Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən dərhal sonra #Rusiya sülhməramlılarının regionda fəaliyyətlərinin davam etdirilməsi məsələsi də gündəmə gəldi. Onlar bir müddət daha qalmalı oldular, çünki Qarabağda qalan erməni sakinlərlə birgə yaşayış məsələsi gündəmdə idi.

Həmçinin Rusiya sülhməramlı kontingentinin istehkamçı mütəxəssisləri azərbaycanlı həmkarlarına ərazidə, xüsusən də Xocalı rayonunda minaların təmizlənməsində köməklik göstəriblər. Bu birgə iş davam etdirilə bilər, çünki Rusiya tərəfi bütün lazımi avadanlıq və səriştələrə malikdir».

O qeyd edib ki, sülhməramlılar ərazidəki son missiyalarını da uğurla başa vurublar. Hazırda ərazidə qalan ermənilərin inteqrasiyası uğurla başa çatıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM